DTX-nin məlumatına görə,Zemo Xviti kəndi yaxınlığında işğalçı qüvvələr tərəfindən qanunsuz həbs edilən Hamlet Marqvelaşvili azadlığa buraxılıb
DTX-nin məlumatına görə,Zemo Xviti kəndi yaxınlığında işğalçı qüvvələr tərəfindən qanunsuz həbs edilən Hamlet Marqvelaşvili azadlığa buraxılıb

Cari ilin 8 sentyabr tarixində işğalçı qüvvələr tərəfindən Qori rayonunun Zemo Xviti kəndi yaxınlığında qanunsuz həbs edilən Hamlet Marqvelaşvili azadlığa buraxılıb və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayır.

Nazirlik bildirir ki, Dövlət Təhlükəsizlik Xidməti işğal altında olan ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işini davam etdirir.