DTX - İşğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılan İrakli Bebua azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir
İşğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılan İrakli Bebua azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir, – bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
“İşğal olunmuş Abxaziyada İrakli Bebua qanunsuz olaraq doqquz il müddətinə həbs cəzasına məhkum edilib, lakin, onun qanunsuz həbsinin real müddəti dörd il altı aya bərabər oldu.
Bu müddət ərzində İrakli Bebuanın qanunsuz həbsdən azad edilməsi, onun səhhətinin monitorinqi və digər müvafiq məsələlərlə bağlı Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin fəaliyyətində olan bütün digər danışıqlar və kommunikasiya rıçaq və alətdən fəal şəkildə istifadə olunub.
Gürcüstanın mərkəzi hakimiyyəti işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir”, – DTX-nin bəyanatında qeyd edilib.