DTX Erqnetidə Insidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin növbəti görüşü barədə məlumat yayır
Qori bələdiyyəsinin Ergneti kəndində Insidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM)127-ci görüşü keçirilib. Görüşdə əvvəlki görüşdən bu günə qədər işğal altındakı bölgədə və işğal xətti boyunca qeydə alınan bütün mühüm insidentlər müzakirə olunub, – bu barədə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılan məlumatda deyilib.
Onların məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri yenidən Tamaz Qinturinin qətlində təqsirli olan Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin/nümayəndələrinin cəzalandırılmasını ciddi şəkildə tələb ediblər.
“Mərkəzi hakimiyyət nümayəndələri qanunsuz həbsdə olan bütün şəxslərin azad olunması məsələsini prinsipial olaraq qaldırıblar, həmçinin işğal xətti yaxınlığında həyata keçirilən qanunsuz sərhədləşdirmə faktlarını pisləyiblər. Görüşdə işğal xətti boyunca yaşayan yerli əhalinin üzləşdiyi humanitar problemlər və onların həlli imkanları müzakirə olunub. Sərbəst hərəkət məsələsinə xüsusi diqqət yetirildi. İnsidentlərin Qarşısının Alınması və Cavab Tədbirləri Mexanizminin növbəti görüşü 2025-ci ilin 18 noyabr tarixində keçiriləcək”, – DTX-nin məlumatında deyilib.