DTX - əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilmiş partlayıcı maddənin son təyinat yeri olaraq Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri müəyyən edilib
DTX - əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilmiş partlayıcı maddənin son təyinat yeri olaraq Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri müəyyən edilib

Gürcüstanda Ukraynadan gətirilmiş partlayıcı maddə ilə bağlı istintaqın yeni detalları məlum olub, bu barədə isə bu gün Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə danışılıb.

Brifinqdə qeyd olunduğu kimi, saxlanılan şəxslərdən birinin ifadəsində partlayıcı maddənin son təyinat yeri kimi Rusiya Federasiyası göstərilsə də, əməliyyat materiallarına əsasən, hazırda yalnız bir ünvan müəyyən edilib – Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri.

“Bildiyiniz kimi, iki Ukrayna vətəndaşı həbs olunub və onlardan 2,4 kiloqram “heksogen” partlayıcı maddə tapılıb. Sözügedən maddə Gürcüstərə Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə gətirilib. Təqsirləndirilən şəxslərin saxlanmasından sonra bir gün yarım ərzində əlavə çoxsaylı istintaq və əməliyyat tədbirləri həyata keçirilib. Məlum olub ki, “Mercedes” markalı yük avtomobilinin sürücüsünə Ukrayna ərazisində partlayıcı maddəni Ukrayna xüsusi xidmət orqanlarının, “SBU” əməkdaşları veriblər. Bu, saxlanılan şəxslərdən birinin ifadəsində təsdiqlənir və ona həmin maddəni Gürcüstan ərazisinə gətirib, onlardan göstərilən müəyyən şəxsə təhvil verməsi tapşırılıb.

Saxlanılan şəxs ifadəsində partlayıcı maddənin son təyinatının Rusiya Federasiyası olduğunu bildirib və onun sözlərinə görə, orada “Pautina 2” adlı əməliyyat təşkil olunmalı idi. Lakin istintaq və digər əməliyyat materiallarında hazırda yalnız bir son məkan müəyyən edilib – Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri.

Məhz buna görə, istintaqın digər versiyaları ilə yanaşı, bu fakt ilə 4 oktyabr seçkiləri və onlarla bağlı radikal qrupların elan etdiyi planlar arasında əlaqənin olub-olmamasını müəyyən etmək məqsədilə aktiv iş aparılır.

“Dövlət Təhlükəsizlik Xidməti qeyd olunan işlə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edir, çünki hesab edirik ki, Gürcüstan xüsusi xidmət orqanlarının açıqlaya biləcəyi məlumatların müəyyən hissəsinin ictimaiyyətə təqdim olunması ölkənin təhlükəsizliyinin profilaktik məqsədləri üçün vacibdir“, – DTX-də bildiriblər.

Daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində ötən gün iki Ukrayna vətəndaşı həbs edilib.