DTX əməkdaşının vəfat etməsi faktı ilə bağlı Prokurorluq istintaqa başlayıb
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının vəfat etməsi faktı ilə bağlı Tbilisi Prokurorluğunun istintaq idarəsi istintaqa başlayıb. Bu barədə Gürcüstan Prokurorluğunun məlumatında qeyd olunur.
“Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşının vəfat etməsi faktı ilə bağlı Tbilisi Prokurorluğunun istintaq idarəsi Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə istintaqa başlayıb.
Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşı əməkdaşı bu səhər öz avtomobilində odlu silahdan aldığı yarayla ölü vəziyyətdə tapılıb. Hadisə yerinə baxış zamanı mərhumun yanında olan odlu silah və yan oturacaqda tapılan məktub götürülüb.
Müvafiq təcili istintaq hərəkətləri aparılır”, – deyə Prokurorluğun bəyanatında qeyd olunub.