DTX-də bildirirlər ki, Tbilisi Beynəlxalq Hava Limanında “təhlükəsizlik protokolu ilə nəzərdə tutulan tədbir” keçirilir

22:16, 28.02.2025

Tbilisi Beynəlxalq Hava Limanında sərnişinlərdən gözləmə zalını tərk etmələri istənilib.

Gürcüstanın Birinci Kanalı faktla bağlı şərh üçün Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.

DTX-də bildirdiklərinə görə, Tbilisi Beynəlxalq Hava Limanında təhlükəsizlik protokolu ilə nəzərdə tutulmuş tədbir keçirilir.

Agentlikdə hələlik başqa şərh verməyiblər.

Oxşar