DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən Plavismani kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Tariel Tenadze və Leonide Tenadze azad edilib
DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən Plavismani kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Tariel Tenadze və Leonide Tenadze azad edilib

Rusiya işğalçı qüvvələri tərəfindən Qori munisipalitetinin Plavismani kəndi yaxınlığında işğal olunmuş ərazidə qanunsuz olaraq saxlanılan qardaşlar – Tariel və Leonide Tenadzelər qanunsuz həbsdən azad ediliblər və hazırda mərkəzi hökumətin nəzarətində olan ərazidədirlər.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilib.

Onların verdiyi məlumata görə, Tariel və Leonide Tenadzelərin qanunsuz həbsdən azad edilməsi prosesində həm Gürcüstanda monitorinq missiyasının (EUMM) iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin əlində olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə edilib.

Mərkəzi hakimiyyət işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad olunması üçün fəal işini davam etdirir. Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür,” – deyə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilib.