DTX Qiorqi Udzilauri ilə bağlı videogörüntülər dərc edir
DTX Qiorqi Udzilauri ilə bağlı videogörüntülər dərc edir

Dövlət Təhlükəsizlik Xidməti casusluq ittihamı ilə həbs edilən Qiorqi Udzilauri ilə bağlı videogörüntülər dərc edir.

DTX-nin məlumatında qeyd olunduğu kimi, gizli videoçəkilişdə onun təlimat alması, pulun ötürülməsi və müvafiq imzanın atılması faktı əks olunub.

“Casusluq ittihamı ilə saxlanılan vətəndaşın konspirativ görüş zamanı təlimat alması, pulun ötürülməsi və müvafiq imzanın atılması faktının əks olunduğu gizli videoçəkilişin bir hissəsini ictimailəşdiririk”, – DTX-nin məlumatında deyilib.

Məlumat üçün bildirək ki, DTX Qiorqi Udzilaurinin mayın 5-də xarici ölkənin xeyrinə casusluq ittihamı ilə həbs olunduğunu elan edib. Udzilauri barəsində həbs qətimkan tədbiri seçilib.