DTX - Daxili İşlər Nazirliyi heç vaxt “kamit” maddəsini satın almayıb və 2024-cü ilin 4–5 dekabr aksiyasında istifadə olunan maddələrin heç biri qadağan edilmiş kateqoriyaya aid deyil
DTX - Daxili İşlər Nazirliyi heç vaxt “kamit” maddəsini satın almayıb və 2024-cü ilin 4–5 dekabr aksiyasında istifadə olunan maddələrin heç biri qadağan edilmiş kateqoriyaya aid deyil

İstintaqla müəyyən edilib ki, 2024-cü ilin 4-5 dekabr gecəsi kütləni idarə etmək üçün “xlorbenzilidin malononitril” maddəsindən istifadə olunub və onun həlli üçün “propilen qlikol” məhlulu tətbiq edilib. Qeyd olunan maddələrin heç biri qadağan olunmuş maddələr kateqoriyasına daxil deyil, – bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə DTX rəhbərinin müavini, Laşa Mağradze bildirib.

Onun dediyinə görə, “bromobenzil sianid”, yəni “kamit”, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən heç vaxt satın alınmayıb.

“Bildiyiniz kimi, bir neçə gündür Dövlət Təhlükəsizliyi Xidmətində “BBC” telekanalının süjetində verilmiş məlumatlarla, həmçinin həmin məlumatlar əsasında Gürcüstanda aparılan kampaniya ilə bağlı başlanmış cinayət işi üzrə istintaq aparılır.

Mövcud cinayət işi üzrə 160-dan çox istintaq hərəkəti aparılıb, 93 şahid dindirilib. Onların arasında Daxili İşlər Nazirliyinin fəaliyyət göstərən və keçmiş əməkdaşları, həkimlər, ekspertlər, Britaniya yayımçısının süjetinin respondentləri, QHT nümayəndələri və digər şəxslər var. Daxili İşlər Nazirliyindən və Gömrük Departamentindən müxtəlif növ sənədlər götürülüb. Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin birinci və ikinci idarələrinin bazalarından istintaq tərəfindən 25 tədqiqat nümunəsi götürüldü və həmin nümunələr üzrə Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunda kimyəvi ekspertiza aparıldı. 

Qeyd olunan operativ və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin satın aldığı və illər ərzində mövcud aksiyalar zamanı zərurətdən asılı olaraq kütlənin idarə olunması üçün istifadə etdiyi kimyəvi toz “xlorbenzilidin malononitril”dir”.

İş üzrə şahid qismində dindirilmiş şəxslər, “BBC”tərəfindən zəhərli kimyəvi maddənin tətbiqi barədə yayılan informasiyanın əsaslandığı nəticə və ya məlumatların müəllifləri idilər. Dindirilmə zamanı onların hamısı qəti şəkildə təkzib ediblər ki, onların məlumat və ya nəticələri zəhərli kimyəvi “Kamit” maddəsi ilə bağlı olmayıb.

Tədqiqatın müəlliflərinin izahatına görə, onlar “kamit”in istifadəsini sadəcə elementar səbəbdən – bu istiqamətdə araşdırma aparmadıqları üçün müəyyən edə bilməzdilər.

İstintaq çərçivəsində şahid qismində tibb və ekspert dairələrinin nümayəndələri də dindirilib, həmçinin açıq mənbələrdən əldə edilən materiallara əsasən, ictimaiyyətin maraqlarını təmin etmək üçün Kamit adlanan “bromobenzil siyanid” maddəsinin insanlar üzərində istifadəsi son dərəcə ağır və çox vaxt ölümcül nəticələrə səbəb olduğunu izah edə bilərik, buna görə də o, XX əsrin 30-cu illərində müasir sivilizasiyalı dünyada qadağan edilmişdir.

Bu fonda diqqətçəkəndir ki, 2024-cü ilin 28 noyabr tarixindən sonrakı günlər ərzində Gürcüstan Səhiyyə Nazirliyindən əldə olunan sənədlərə görə, təcili tibbi yardım briqadaları tərəfindən stasionar tibb müəssisələrinə yerləşdirilmiş 54 nəfərdən 5 nəfərində yüngül zəhərlənmə aşkar edilmişdir və onlar növbəti gün tibb klinikalarından buraxılmışdır.

Həmçinin, istintaqla müəyyən edilib ki, 2024-cü ilin dekabr ayının ilk günlərində, konkret olaraq 4-5 dekabr gecəsi, kütlənin idarə olunması üçün “xlorobenzilidin malononitril” maddəsindən istifadə olunub və onun həll edilməsi üçün “propilen qlikol” məhlulundan istifadə edilib. Qeyd olunan maddələrin heç biri qadağan olunmuş maddələr kateqoriyasına aid deyil.

“Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan Cinayət Məcəlləsinin 319-cu maddəsində nəzərdə tutulmuş və xarici təşkilata düşmənçilik fəaliyyətdə yardım göstərilməsi mümkün olan cinayətlə bağlı istintaqa davam edir.

Hər bir özünə hörmət edən dövlətin təhlükəsizliyinə cavabdeh qurumu kimi, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti gələcəkdə də ölkəmizin təhlükəsizlik sahəsində əsas çağırışlardan biri olan siyasi sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəcək”, – Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini bildirib.