Dövlət Təhlükəsizliyi Xidmətindən məxfi məlumatların sızdırılması ittihamı ilə, keçmiş DTX əməkdaşı, hazırda isə Daxili İşlər Nazirliyinin əməkdaşı saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidmətindən məxfi məlumatların sızdırılması ittihamı ilə, keçmiş DTX əməkdaşı, hazırda isə Daxili İşlər Nazirliyinin əməkdaşı saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Müfəttişliyi Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi ilə birgə keçirilmiş tədbir çərçivəsində, Dövlət Təhlükəsizliyi Xidmətindən məxfi məlumatların çıxarılmasında ittiham olunan keçmiş DTX əməkdaşı, hazırda isə Daxili İşlər Nazirliyinin fəaliyyət göstərən əməkdaşı saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə aparılır.

“Dövlət Təhlükəsizliyi Xidməti hər zaman, hətta kiçik miqyaslı daxili məlumatların sızdırılmasına qarşı da xüsusilə sərt və güzəştsiz olacaq və belə bir əməli törədən şəxs ən sərt şəkildə cəzalandırılacaq”, – məlumatda qeyd olunur.