Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluq və sui-qəsdin hazırlanması işi üzrə dindirilmələr davam edir
Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluq və sui-qəsdin hazırlanması işi üzrə dindirilmələr davam edir

 
Terrorçuluq və sui-qəsd maddələri ilə gedən istintaq çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində şahidlərin dindirilməsi davam edir.

Şamsudin Avlariqov dindirilmək üçün quruma daxil olub, lakin o, mediaya şərh verməyib.

Bu günə daha bir şəxsin, Ruman Avlariqovun dindirilməsi də təyin olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinə paralel olaraq şəhər məhkəməsində də dindirilmələr aparılır. Bu gün Qiorqi Adamia və Karlo Muxauri şəhər məhkəməsinin hakimi qarşısında dindiriləcəklər.

Terrorçuluq və sui-qəsd maddələri ilə cari iş üzrə aktiv istintaq hərəkətləri başlandıqdan sonra artıq 20-dək şəxs şahid qismində dindirilib. Dindirilmələr bir həftədən artıqdır davam edir və dindirilənlərin bir hissəsi şəhər məhkəməsində hakim qarşısında prosesdən keçiblər. Dindirilənlər arasında Ukraynada döyüşən gürcülərlə yanaşı, biznesmenlər də var. İşin gizli olmasından irəli gələrək, təfərrüatlar məlum deyil, lakin dindiriləcək şəxslərin dairəsinin daha da artacağı istisna edilmir.

Dövlət Təhlükəsizliyi Xidmətində terror aktının hazırlanması və dövlət hakimiyyətini devirmək üçün sui-qəsd faktı üzrə istintaq aparılır, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 18-323-cü maddəsinin birinci hissəsi və 315-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulub. Dövlət Təhlükəsizliyi Xidmətində bildirirlər ki, qurum Ukraynada olan Gürcüstan hakimiyyətinin sabiq yüksək rütbəli məmurlarının təşkilatçılığı və maliyyəsi ilə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktları da daxil olmaqla, Gürcüstanda cinayət əməllərini araşdırır.