Dövlət Təhlükəsizliyi Xidməti Cuanşer Burçuladze işi üzrə konkret halları müəyyən etdikdən dərhal sonra işi prokurorluğa təqdim etdi
Dövlət Təhlükəsizliyi Xidməti konkret halları müəyyən etdikdən dərhal sonra işi prokurorluğa təqdim etdi, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Cuanşer Burçuladzenin işi ilə bağlı sualı cavablandırarkən bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində Anri Oxanaşvilinin çalışdığı dövrdə də bu iş üzrə hazırlıqlar fəal şəkildə aparılırdı.
“Bəlkə kadr tərəfi buna səbəb olub, ola bilsin, başqa başqa bir şey, amma fakt budur ki, Dövlət Təhlükəsizliyi Xidməti halları müəyyən etdikdən dərhal sonra prokurorluğa müraciət etdi. Oxanaşvilinin dövründə də bu iş fəal şəkildə hazırlanırdı. Bu işin hazırlığına məhz onun dövründə başlanıldı. Korrupsiyaya qarşı mübarizə Mamuka Mdinaradzenin əsas missiyalarından biridir”, – İrakli Kobaxidze bildirib.