Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. Görüşdə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini İrakli Beraia iştirak edirdi.

Tərəflər Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Onlar bölgədə təhlükəsizlik mühiti, həmçinin, iki ölkənin qarşısında dayanan təhdidləri və çağırışları müzakirə ediblər.

Görüşdə Anri Oxanaşvili və Faiq Quliyev iki ölkənin təhlükəsizlik xidmətləri arasında mövcud güclü əməkdaşlığın vacibliyini vurğulayıblar.

Azərbaycan səfiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.