Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qeka Qeladze Qırğızıstanın Daxili İşlər naziri Ulan Niyazbekova ev sahibliyi edib

17:58, 14.08.2026

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qeka Qeladze Gürcüstanda rəsmi səfərdə olan Qırğızıstanın Daxili İşlər naziri Ulan Niyazbekova ev sahibliyi edib.

Qurumun məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Qırğızıstan Respublikası arasında mövcud tərəfdaşlıq məsələlərini və onun dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Söhbət dünyada davam edən hadisələr fonunda təhlükəsizlik sahəsində mövcud çağırışlara və bu kontekstdə iki ölkənin təhlükəsizlik strukturları ilə hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə həmçinin cari ilin iyun ayında Gürcüstanın Baş nazirinin Qırğızıstan Respublikasına tarixi səfərin əhəmiyyəti vurğulanıb.

Qeka Qeladzenin sözlərinə görə, qeyd olunan səfər Gürcüstan və Qırğızıstan arasında ikitərəfli münasibətlərə yeni təkan verəcək.

İki qurumun rəhbər şəxsləri birgə səylərlə Gürcüstan və Qırğızıstan Respublikası arasındakı mövcud əlaqələrin daha da güclənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Oxşar