Dövlət Təhlükəsizlik Xidmətində davam edən istintaq çərçivəsində Tina Xidaşeli, Qubaz Sanikidze və Qiorqi Kandelaki dindiriləcək
Dövlət Təhlükəsizlik Xidmətində davam edən istintaq çərçivəsində keçmiş müdafiə naziri Tina Xidaşeli, “Milli Hərəkat”ın üzvü Qubaz Sanikidze və “Milli Hərəkat”ın keçmiş üzvü Qiorqi Kandelaki məhkəmədə hakim qarşısında dindiriləcəklər.
Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanın Birinci Kanalına təsdiqləyib.
“Dövlət Təhlükəsizlik Xidməti Tina Xidaşeli, Qubaz Sanikidze və Qiorqi Kandelakini çağırıb və onlar məhkəmədə öz istəkləri ilə hakim qarşısında dindiriləcəklər”, – Dövlət Təhlükəsizlik Xidmətində izah ediblər.
DTX-də bildirirlər ki, son günlər ərzində müxtəlif şəxslər tərəfindən ictimai şəkildə Gürcüstanda digər ölkələr tərəfindən kadrların cəlb edilməsi ilə bağlı bir sıra məlumatlar səsləndirilib və bu çərçivədə terrorizm istiqamətində ittihamlar və ya işarələr da olub.
DTX-də qeyd etdikləri kimi, qurum bəyanatların məzmununu öyrənir və istintaq başladıb.
“Gürcüstanı bu kimi məsələlərdə ittiham etmək məqsədilə, xüsusilə regionda davam edən döyüş əməliyyatları fonunda, və bu bəyanatların heç bir müəllifinin hüquq-mühafizə orqanlarına heç bir məlumat vermədiyini nəzərə alaraq, bəyanatların faktiki vəziyyətlə nə qədər uyğun olmadığını, həm də müəlliflərin motivlərini diqqətlə izləyirik və öyrənirik.
İstintaq başladılıb və bəyanatların müəlliflərinə bütün istiqamətlər üzrə suallar veriləcək, o cümlədən onlara imkan veriləcək ki, istintaq çərçivəsində hər hansı konkret fakt barədə məlumat versinlər”, – DTX-də bildirirlər.