Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə iki kiloqram nüvə materialı, uranı qanunsuz əldə etməyə cəhd edərkən üç Çin vətəndaşını saxlayıb
Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə iki kiloqram nüvə materialı, uranı qanunsuz əldə etməyə cəhd edərkən üç Çin vətəndaşını saxlayıb

Tbilisidə iki kiloqram nüvə materialı, uranı qanunsuz əldə etməyə cəhd edərkən üç Çin vətəndaşını saxlayıblar”, – bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Mağradze brifinqdə bildirib.

DTX-nin məlumatına görə, cinayətkar qrupun üzvləri Rusiya ərazisi vasitəsilə Çinə radiasiya maddəsinin qanunsuz daşınmasını planlaşdırırdılar.

“Tbilisidə Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat və Xüsusi Əməliyyat İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq iki kiloqram nüvə materialı – uranı əldə etməyə cəhd edən üç Çin vətəndaşı saxlanılıb.

Cinayətkar qrupun üzvləri Tbilisidə qanunsuz olaraq 400 min ABŞ dolları dəyərində radioaktiv material satın almağı və daha sonra Rusiya Federasiyası ərazisindən qanunsuz olaraq Çinə daşımağı planlaşdırırdılar.

Çinin bir vətəndaşı cinayətkar planı həyata keçirmək məqsədilə Gürcüstan ərazisində qanunsuz olaraq olub, uran almaqda maraqlı olan ekspertləri Gürcüstana gətirib və ölkə miqyasında aktiv şəkildə nüvə materialı axtarmağa başlayıb. Yuxarıda qeyd olunan fəaliyyətlər cinayətkar qrupun digər üzvləri tərəfindən Çindən koordinasiya olunub. Qanunsuz sövdələşmənin təfərrüatları üzrə aparılan danışıqlar zamanı əldə olunan operativ məlumatların həyata keçirilməsi nəticəsində cinayətkar şəxslər müəyyən edilərək saxlanılıb.

Bundan başqa, istintaq çərçivəsində saxlanılan şəxslərin Tbilisi və Batumidə müvəqqəti yaşayış yerlərində axtarış aparılıb.

İstintaq Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi ilə aparılır, bu da 10 ilə gədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DTX-də bildiriblər.