Dövlət Təhlükəsizlik Xidməti saxta sənədlərdən istifadə edərək külli miqdarda daşınmaz əmlak əldə etməyə cəhd edən xarici ölkə vətəndaşını saxlayıb
Saxta sənədlərdən istifadə edərək külli miqdarda daşınmaz əmlak əldə etməyə cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb, – bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin müavini Laşa Mağradze qurumda keçirilən brifinqdə bildirib.
Brifinqdə qeyd edildiyi kimi, istintaq Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsinin “b” yarımbəndi və 19, 180-ci maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza növü olaraq, 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Dövlət Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat Departamentinin əməkdaşları Gürcüstanda xarici xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri müəyyən etmək və onları müxtəlif cinayətlərdə ifşa etmək məqsədi ilə əks-kəşfiyyat və müvafiq əməliyyat tədbirlərini intensiv şəkildə həyata keçirirlər.
Bu istiqamətdə keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində saxta rəsmi sənəddən istifadə etməkdə ittiham olunan xarici ölkə vətəndaşını saxlayıb.
Təqsirləndirilən şəxs eyni zamanda başqa ölkə vətəndaşının saxta pasportundan istifadə edərək külli miqdarda daşınmaz əmlak əldə etməyə cəhd edib. Xüsusilə, təqsirləndirilən şəxs başqa bir ölkə vətəndaşının adından notariat hərəkəti həyata keçirərək Gürcüstanda qeydiyyata alınmış daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu üçüncü şəxsə verməyə cəhd edib.
Hazırki mərhələdə istintaq Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsinin “b” yarımbəndi və 19, 180-ci maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza növü olaraq, 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DTX-də keçirilən brifinqdə bildiriblər.