Dövlət Sərhəd Polisi rəisi vəzifəsinə Davit Tamazaşvili təyin edilib
Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Polisi rəisi vəzifəsinə Davit Tamazaşvili təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Daxili işlər naziri Qela Qelaşvili yeni rəhbəri Dövlət Sərhəd Polisi əməkdaşlarına təqdim edib, onu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Görüşdə nazir yeni rəhbərlə birlikdə Sərhəd Polisinin prioritet istiqamətlərini müzakirə edib və konkret tapşırıqlar verib. Qela Qelaşvili Dövlət Sərhəd Polisinin sabiq rəisi Nikoloz Şaradzeyə göstərdiyi xidmətə görə təşəkkür edib,” — Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.