Dövlət Naziri Aparatının Barışıq və Əlaqə Siyasəti Departamentinin rəhbəri Zviad Zviadadze Muxatqverdi qardaşları qəbiristanlığında Arçil Tatunaşvilinin xatirəsini yad edib
Dövlət Naziri Aparatının Barışıq və Əlaqə Siyasəti Departamentinin rəhbəri Zviad Zviadadze Muxatqverdi qardaşları qəbiristanlığında Arçil Tatunaşvilinin xatirəsini yad edib

Dövlət Naziri Aparatının Barışıq və Əlaqə Siyasəti Departamentinin rəhbəri Zviad Zviadadze Muxatqverdi qardaşları qəbiristanlığında olub.

Dövlət Naziri Aparatının məlumatına görə, Zviad Zviadadze Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad edib, məzarı əklillə bəzəyib və ailə üzvlərinə bir daha başsağlığı verib.

Barışıq və Əlaqə Siyasəti Departamentinin rəhbəri Zviad Zviadadze ilə bərabər Muxatqverdi qardaşları qəbiristanlığını Dövlət Təhlükəsizlik Xidmətinin İnformasiya və Analitik Departamentinin direktor müavini İrakli Antadze, Mtsxeta-Mtianeti bölgəsinin nümayəndəsi Aleksandre Zaqaşvili, Axalqori icra başçısı Qela Şermadini və yerli hakimiyyət nümayəndələri ziyarət ediblər.