Dövlət Departamentinin Nümayəndə Heyəti - Demokratiya, onlara səs verən vətəndaşların maraqları naminə dövlət təsisatları ilə qarşılıqlı fəaliyyət göstərən siyasi müxalifətə ehtiyac duyur
Dövlət Departamentinin Nümayəndə Heyəti - Demokratiya, onlara səs verən vətəndaşların maraqları naminə dövlət təsisatları ilə qarşılıqlı fəaliyyət göstərən siyasi müxalifətə ehtiyac duyur

Funksional demokratiya, ona səs verən vətəndaşların maraqlarını təmsil etmək üçün dövlət təsisatları ilə qarşılıqlı fəaliyyət göstərən siyasi müxalifətə ehtiyac duyur, – bu barədə ABŞ səfirliyinin 25-28 may tarixlərində ABŞ nümayəndə heyətinin üzvləri ilə müxalifət liderləri arasında keçirilən görüşlə bağlı yaydığı bəyanatda deyilir.

Səfirliyin yaydığı məlumatda deyildiyi kimi, siyasi sabitlik və müxalifətin real təmsilçiliyi Gürcüstanı Amerika investisiyaları, təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli strateji tərəfdaşlıq üçün etibarlı tərəfdaşa çevirən amillər sırasındadır.

“ABŞ nümayəndə heyəti Gürcüstanın əsas müxalifət partiyalarının, o cümlədən “Vahid Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo” və “Qaxaria – Gürcüstan naminə” partiyalarının nümayəndələri ilə dərin müzakirələr aparıb. “Nümayəndə heyəti 2024-cü ilin oktyabrından bəri müxalifət partiyalarına qarşı rəftarla bağlı, o cümlədən Konstitusiya Məhkəməsində davam edən iş və mövcud siyasi mühit barədə narahatlıqları dinləyib. Nümayəndə heyəti onlarla Gürcüstanın demokratik təsisatlarında müxalifətin iştirakı barədə Birləşmiş Ştatların mövqeyini bölüşüb. Funksional demokratiya, ona səs verən vətəndaşların maraqlarını təmsil etmək üçün dövlət təsisatları ilə qarşılıqlı fəaliyyət göstərən siyasi müxalifətə ehtiyac duyur. Siyasi sabitlik və müxalifətin real təmsilçiliyi Gürcüstanı Amerika investisiyaları, təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli strateji tərəfdaşlıq üçün etibarlı tərəfdaşa çevirən amillər sırasındadır. Birləşmiş Ştatlar öz ölkəsinin sabitliyi, suverenliyi və rifahında maraqlı olan bütün ciddi siyasi aktorlarla konstruktiv münasibətlərə sadiqdir”, – yayılan məlumatda deyilib.

ABŞ səfirliyi həmçinin Dövlət Departamentinin nümayəndə heyəti ilə Gürcüstan hökuməti arasında keçirilən görüşlə bağlı bəyanat yayır.