Dövlət Departamentində Rusiyanın nüvə silahlarına nəzarətlə bağlı ABŞ ilə danışıqları təxirə saldığını açıqlayırlar

20:10, 28.11.2022

 

Rusiya ABŞ-la nüvə silahlarına nəzarətlə bağlı danışıqları təxirə salıb. Bu barədə “CNN” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Misirdə danışıqlar bu gün başlamalı idi. ABŞ və Rusiya çərşənbə axşamı, noyabrın 29-da yeni START müqaviləsinin icrasını müzakirə etmək üçün Qahirədə ikitərəfli məşvərət komissiyası toplantısı keçirməli idilər.

“Rus tərəfi ABŞ-a Rusiyanın görüşü birtərəfli qaydada təxirə saldığını və bizə yeni tarix təklif edəcəyini açıqlayıb” -bu barədə Dövlət Departamentinin sözçüsünün bəyanatında deyilir.

Bununla yanaşı, ABŞ Dövlət Departamentində açıqladığı kimi, ABŞ danışıqları təxirə salmağa hazırdır.

“ABŞ mümkün olan ən erkən tarixə təxirə salmağa hazırdır, çünki təftişin yenilənməsi sazişi sabitlik vasitəsi kimi saxlamaq üçün prioritetdir” -deyə Dövlət Departamentində qeyd edirlər.

Oxşar