Dövlət Departamenti – İspaniya hadisəsi hökumətin Avropada kütləvi qeyri-qanuni miqrasiyanın təşviqinə və asanlaşdırılmasına yönəlmiş siyasətinin nəticəsidir
Birləşmiş Ştatlar İspaniya xalqını və bütün avropalıları onların suverenliyinin və insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı mübarizədə dəstəkləyir, – bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilib.
Qurumun bəyanatına görə, „bu qəbuledilməz hadisə İspaniya hökumətinin Avropada kütləvi qeyri-qanuni miqrasiyanın təşviqinə və asanlaşdırılmasına yönəlmiş məqsədyönlü siyasətinin birbaşa nəticəsidir“.
Dövlət Departamentində qeyd edirlər ki, ABŞ həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda amerikalıları qorumaq üçün tədbirləri nəzərdən keçirir və oxşar tədbirləri nəzərdən keçirən digər Avropa müttəfiqlərinə kömək etməyə hazırdır.