Dövlət Departamenti – Entoni Blinken İlham Əliyevi Ermənistanla hərbi əməliyyatları dayandırmağa və hərbi qüvvələri döyüş meydanından çıxarmağa çağırıb

10:07, 19.09.2022

 
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi Ermənistanla hərbi əməliyyatları dayandırmağa və hərbi qüvvələri döyüş meydanından çıxarmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

ABŞ dövlət katibi ilə Azərbaycan prezidenti arasında telefon danışığı baş tutub.

“Dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi Blinken Ermənistan və Azərbaycan arasında son vaxtlar hərbi əməliyyatların dayandırılmasını alqışlayıb. O, prezident Əliyevi atəşkəs rejiminə əməl etməyə, hərbi qüvvələri çıxarmağa və Ermənistanla Azərbaycan arasında bütün həll olunmamış məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırıb”- deyə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Oxşar