Dövlət Departamenti – Dövlət katibi Azərbaycanla sülh sazişini təqdir edib, Cənubi Qafqazda münaqişənin hər hansı formada eskalasiyası qəbuledilməzdir
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı keçirib, – bu barədə ABŞ Dövlət Departamenti məlumat yayır.
Bəyanatda qeyd olunub ki, Marko Rubio və Nikol Paşinyan strateji tərəfdaş kimi ABŞ və Ermənistanın ümumi maraqlarını müzakirə ediblər.
“Dövlət katibi Azərbaycanla sülh müqaviləsi üzrə sazişi təqdir edib, regional münaqişənin dövriyyəsini qırmaq, Cənubi Qafqazda təhlükəsizlik və rifahı təmin etmək üçün davamlı sülhün vacibliyini vurğulayıb. ABŞ Dövlət Katibi və Baş Nazir Cənubi Qafqazda münaqişənin hər hansı formada genişlənməsinin qəbuledilməz olması ilə bağlı razılığa gəliblər”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.