Dördüncü piyada briqadasında hərbçilərin övladları üçün Yeni il tədbiri keçirildi
Gürcüstan Müdafiə Qüvvələrinin Qərb və Şərq Komandanlıqlarının birləşmələrində hərbi xidmətçilərin uşaqları üçün Yeni il tədbirləri davam edir.
Bu dəfə Yeni il bayramı Vazianidə, 4-cü Piyada Briqadasında qeyd olundu. Müdafiə Naziri müavini Paata Patiaşvili, Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Çiçinadze, Şərq Komandanı, briqada generalı Roland Dzneladze və 4-cü piyada briqadasının komandiri, polkovnik Qiorqi Cinçaradze hazırda xidmətdə olan, yaralanan və şəhid olan hərbi xidmətçilərin övladlarını qarşıdan gələn Milad və Yeni il münasibətilə təbrik ediblər.
Animatorlar, nağıl qəhrəmanları, Şaxta baba, müğənnilər qonaqların yeni il əhval-ruhiyyəsinin qayğısına qaldılar. Uşaqlar müxtəlif əyləncəli tədbirlərdə iştirak etdilər və tədbirin sonunda hədiyyələr də aldılar.
Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Qüvvələrinin bölmələrində hərbi qulluqçuların övladları üçün keçirilən Yeni il tədbirləri hərbi hissələrdə artıq ənənə halını alıb və artıq ikinci ildir ki, geniş miqyasda qeyd olunur. Tədbirlər artıq Qori, Kutaisi və Senakidəki hərbi bazalarda keçirilib. Yeni il həftəsinin yekun tədbiri Müdafiə Nazirliyinin ərazisində keçiriləcək.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.