Dörd yaşlı uşağın vəfat etməsi işi üzrə sosisal işçilər və müvafiq departamentin rəisi işdən azad olundular
Nadzaladevi rayonunda dörd yaşlı uşağın vəfat etməsi işi üzrə sosisal işçilər və müvafiq departamentin rəisi işdən azad edildilər, – bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Barkalaiya bəyan etdi.
Elə onun dediyinə görə, Mari Tsereteli vəzifəsini öz istəyi ilə tərk etdi.
Nazirlikdə bəyan etdiklərinə görə, sosial işçilər tərəfindən ailələrə kifayət qədər səfərlər həyata keçirilmirdi.