Donald və Melaniya Tramp təbii fəlakətdən zərər çəkmiş Texasa gəliblər
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Texasa gəliblər.
Tramp daşqın nəticəsində zərər çəkmiş bölgədə Texas qubernatoru və digər yüksək vəzifəli şəxslərlə görüşür.
Texasda daşqın iyulun 4-də baş verib. Hadisə nəticəsində 120 nəfər həlak olub, 161 nəfər isə hələ də itkin düşmüş hesab edilir. Yaşayış evləri dağılıb. Axtarış işlərinə helikopterlər və dronlar cəlb edilib. Bundan əvvəl Texasın qubernatoru Qreq Ebbot bildirib ki, bütün itkin düşmüş şəxslər tapılana qədər fövqəladə hallar xidmətləri səylərini dayandırmayacaq.