Donald Tusk – Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın hədəfinin Polşa olduğunu düşünmək üçün heç bir əsas yoxdur
Rusiyanın hədəfinin Polşa olduğunu düşünmək üçün heç bir əsas yoxdur, – bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
Tusk Polşanın hava məkanını pozan obyektin düşdüyü yerə baxış keçirib və bunun Rusiyanın X-101 qanadlı raketi olduğuna dair ilkin məlumatları təsdiqləyib.
“Hədəfin Polşa olduğuna düşünmək üçün heç bir əsas yoxdur” – Tusk qeyd edib.
Onun qeyd etdiyi kimi, “Rusiya məsuliyyətdən yayınmaq üçün hər şeyi edəcək.”
Bununla yanaşı, Tuskun sözlərinə görə, amerikalılar Polşanın hava məkanının pozulması ilə bağlı araşdırmada iştirak etməkdə maraqlıdırlar.
“Mənim üçün vacibdir ki, bir vaxtlar baş verənlər bir daha təkrarlanmasın. Hər şey şəffaf olmalıdır, insanlar hər şey barədə məlumatlandırılmalıdır. Bu müharibə gözlənilməz hadisələrlə doludur. Biz yeni vəziyyətlərə və yeni təhdidlərə çox tez reaksiya verməyi öyrənməliyik”, – Tusk qeyd edib.
Məlumat üçün bildirək ki, iyulun 30-da Rusiya Ukraynanın bir neçə bölgəsinə irimiqyaslı hücum edib. Hücum zamanı həmçinin Polşanın hava məkanı pozulub.