Donald Tusk - Mən tam əminəm ki, indi Ukraynanın Rusiya qarşısında mövqeyi çox daha yaxşıdır, Ukraynanın daha güclü kartları var
Donald Tusk - Mən tam əminəm ki, indi Ukraynanın Rusiya qarşısında mövqeyi çox daha yaxşıdır, Ukraynanın daha güclü kartları var

Polşanın Baş Naziri Donald Tusk, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib ki, Ukrayna indi Rusiya ilə münasibətdə daha yaxşı mövqeyə malikdir.

“Mən tam əminəm ki, sizin Rusiyaya qarşı mövqeyiniz indi daha yaxşıdır. Sizin daha güclü kartlarınız var”, – Tusk bildirib.

Öz növbəsində Volodimir Zelenski qeyd edib ki, Avropa Ukraynanın dəstəyində böyük rol oynayıb.

“Avropa liderlik nümayiş etdirdi, bu, çox vacib və güclü mövqedir. Bizi dəstəklədiyiniz üçün təşəkkür edirik. Polşa bizi dəstəklədi və biz doğru və yanlış qərarlar arasında sizin səsinizi eşitdik”, – Zelenski bildirib.

Bundan əvvəl Volodimir Zelenski Polşa prezidenti Karol Navrotski ilə də görüşüb və Polşa parlamentində olub.