Donald Tusk - İsrail və İran arasındakı qarşıdurma bəlkə də dünyanın destabilizasiyasına səbəb ola bilər, II Dünya Müharibəsindən sonra qlobal konfliktə bu qədər yaxın olmamışıq
Donald Tusk - İsrail və İran arasındakı qarşıdurma bəlkə də dünyanın destabilizasiyasına səbəb ola bilər, II Dünya Müharibəsindən sonra qlobal konfliktə bu qədər yaxın olmamışıq

II Dünya Müharibəsindən sonra qlobal konfliktə bu qədər yaxın olmamışıq, – bu barədə Polşanın baş naziri Donald Tusk sosial şəbəkədə yazıb.

Onun söylədiyinə görə, İsrail və İran arasındakı qarşıdurma bəlkə də dünyanın destabilizasiyasına səbəb ola bilər.

“İsrail və İran arasındakı qarşıdurma regionda müntəzəm müharibəyə doğru irəliləyir ki, bu da bəlkə də bütün dünyanın destabilizasiyasına səbəb ola bilər. Biz II Dünya Müharibəsindən sonra qlobal konfliktə bu qədər yaxın olmamışıq. Avropa və ABŞ gərginliyin daha da artmasının qarşısını almaq üçün qüvvələrini birləşdirməlidir. Hələ də gec deyil”, – Donald Tusk yazır.