Donald Tusk - Getdikcə daha çox Rusiya təxribatı baş verir, Polşa, Baltikyanı ölkələr, indi isə Rumıniya, NATO-da hər kəs nəhayət bu faktları ciddi qəbul etməyə başlamalıdır
Polşa, Baltikyanı ölkələr, indi isə Rumıniya – getdikcə daha çox Rusiya təxribatı baş verir. NATO-da hər kəs nəhayət bu faktları və sözləri ciddi qəbul etməyə başlamalıdır, – bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə yazır.
Tuskun sözlərinə görə, NATO-ya üzv dövlətlər həm Rusiyanın hərəkətlərini, həm də Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin bəyanatlarını ciddi qəbul etməlidirlər.
“Polşa, Baltikyanı ölkələr, indi Rumıniya. Getdikcə daha çox Rusiya təxribatı baş verir. Dünən Rusiyanın sabiq prezidenti Dmitri Medvedev Avropa İttifaqı vətəndaşlarının dinc yuxusunun başa çatdığını bəyan edib. NATO-da hər kəs nəhayət bu faktları və sözləri ciddi qəbul etməyə başlamalıdır”, – Tusk yazır.
Məlumat üçün bildirək ki, Rumıniyanın sərhəd şəhəri Qalatsda Rusiyaya məxsus pilotsuz təyyarə 10 mərtəbəli yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.