Donald Tusk bildirir ki, transatlantik cəmiyyət üçün əsas təhlükə xarici düşmənlər deyil, NATO daxilində baş verən proseslərdir
Polşanın baş naziri Donald Tusk bildirir ki, transatlantik cəmiyyət üçün əsas təhlükə xarici düşmənlər deyil, NATO daxilində baş verən proseslərdir.
Tuskun sosial şəbəkədə yazdığı kimi, mövcud çağırışlar fonunda birgə tədbirlər görülməlidir.
“Transatlantik cəmiyyət üçün ən böyük təhlükə onun xarici düşmənləri deyil, alyans daxilində baş verən parçalanmadır. Bu fəlakətli tendensiyanı dayandırmaq üçün lazım olan hər şeyi etməliyik”, – Donald Tusk yazır.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Almaniyadan 5 000 amerikalı əsgərin çıxarılması əmrini verib. Proses 6–12 ay ərzində başa çatacaq.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında İranla davam edən müharibə ilə bağlı gərginlik artıb. Almaniya kansleri tələbələrlə görüşdə qeyd edib ki, “amerikalıların heç bir strategiyası yoxdur”, buna cavab olaraq Donald Tramp Fridrix Mertsi “dəhşətli” adlandırıb və onun “heç nə başa düşmədiyini” söyləyib.