Donald Tusk bildirir ki, NATO-nun şərq cinahında təhlükəsizlik riskləri tezliklə kəskinləşə bilər

20:52, 25.06.2026

NATO-nun şərq cinahında təhlükəsizlik riskləri tezliklə kəskinləşə bilər, – bu barədə Polşanın baş naziri Donald Tusk Qdansk şəhərində keçirilən “Şərq Cinahı Sammiti”ndə bildirib.

Tuskun sözlərinə görə, ABŞ-ın mövcudluğunun və Birləşmiş Ştatlarla əməkdaşlığın Avropanın və qitə ölkələrinin təhlükəsizliyinə xidmət etdiyinə heç kimin şübhəsi yoxdur.

“Biz həmçinin yekdilliklə razılaşırıq ki, vəziyyət son dərəcə qeyri-sabitdir. Yaxın həftələrdə və aylarda eskalasiyanın müxtəlif formalarını gözləyə bilərik. Mən bu barədə dəfələrlə danışmışam və xəbərdarlıq etmişəm. Biz Rusiya, Belarus və Ukrayna ilə ümumi sərhədlərimiz olduğu üçün bu riskə birbaşa məruz qalan ölkələr qrupu olaraq hazırlaşmaq istəyirik”, – deyə Donald Tusk qeyd edib.

Oxşar