Donald Tusk, Almaniyanın quru sərhədlərində nəzarətə başlamaq haqqında qərarının Varşava üçün qəbuledilməz olduğunu və "de-fakto Şengen zonasının fəaliyyətinin dayandırılması mənasına gəldiyini" bildirir
Polşanın Baş naziri Donald Tusk, Almaniyanın bütün quru sərhədlərində nəzarətə başlamaq haqqında qərarının Varşava üçün qəbuledilməz olduğunu və “de-fakto Şengen zonasının fəaliyyətinin dayandırılması mənasına gəldiyini” bildirir.
Polşa mediası, Tuskun bu bəyanatı polşalı diplomatlarla görüşdə verdiyi haqda məlumat verir.
Tusk, Polşanın Almaniyanın qərarı ilə razılaşa bilməyəcəyini bildirib.
“Biz Berlinin bu qərarlarının təsir göstərəcəyi digər ölkələrə, Avropa İttifaqının bu məsələyə cavab tədbirləri ilə bağlı Almaniya dövlətinin bütün qonşuları ilə təcili məsləhətləşmələrin keçirilməsi üçün xahişlə müraciət edirik” – Tusk qeyd edib.
Məlumat üçün bildirək ki, sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fezer Berlinin Almaniyanın bütün sərhədlərində sərhəd nəzarətini bərpa edəcəyini açıqlamışdı.