Donald Tusk – ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyişir, lakin biz reallıqdan inciyə bilmərik

21:11, 07.03.2025

ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyişir, lakin biz reallıqdan inciyə bilmərik, – bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.

Polşa hökumətinin başçısı qeyd edib ki, hazırda ABŞ-ın siyasəti Rusiya-Ukrayna müharibəsi kontekstində korrektə edilir, lakin Vaşinqtonun buna haqqı olduğunu vurğulayıb.

“Biz reallıqdan inciyə bilmərik. ABŞ-ın öz strategiyalarını formalaşdırmaq hüququ var, lakin Polşa da daxil olmaqla, bütün ölkələrin təhlükəsizlik maraqlarımıza nəyin uyğun olduğunu və nəyin problem yarada biləcəyini dəqiq qiymətləndirmək hüququ və öhdəliyi var”, -Tusk bildirib.

Onun dediyinə görə, Polşa ABŞ və NATO ilə sıx əlaqələrin fundamental zərurət haqqında fikrini dəyişmir. Tusk həmçinin vurğulayıb ki, Ukraynanın müstəqilliyi və suverenliyi Polşanın maraqlarına uyğundur, buna görə də Ukraynaya dəstək “Polşa konsensusunun bir hissəsi” olmalıdır.

“Bizim yanaşmamızı heç nə dəyişməyəcək və heç nə transatlantik münasibətlərin sarsılmaz olduğuna ümidi sarsıda bilməz, lakin biz yalnız ümidə arxalana bilmərik”, – Donald Tusk bildirib.

Oxşar