Donald Trampın sabiq müşaviri və seçki kampaniyasının rəhbəri Stiv Benon Konqresə hörmətsizlik etdiyinə görə 4 ay həbs cəzasına məhkum edilib

22:35, 21.10.2022

 

Media tərəfindən verilən məlumatda, Donald Trampın sabiq müşaviri və seçki kampaniyasının rəhbəri Stiv Benonun Konqresə hörmətsizlik etdiyinə görə 4 ay həbs cəzasına məhkum edildiyi deyilir. Məhkəmə həmçinin Benona 6500 dollar cərimə ödəməyi həvalə edib.

Bununla yanaşı, hakimin qərarına əsasən, Stiv Benon apellyasiya şikayəti tamamlanana qədər cəzasını çəkməyəcək, çünki müttəhim hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Benon iyul ayında məhkəmə tərəfindən təqsirli bilinib. Məsələ Benonun yanvarın 6-da Kapitoliyə hücum ilə bağlı Nümayəndələr Palatasının İstintaq Komitəsinin qarşısına çıxmaqdan və sənədləri təqdim etməkdən imtina etməsi ilə bağlıdır. 2021-ci ilin yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə hücumu nəticəsində 5 nəfər həlak olub. Yüzlərlə insana qarşı cinayət işi başlanıb.

Oxşar