Donald Trampın məlumatına görə, Vaşinqtonun vasitəçiliyi ilə Pakistan və Hindistan tam atəşkəs barədə razılığa gəliblər
ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanın Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəs barədə razılığa gəldiyini bildirib.
Bu barədə ABŞ prezidenti sosial şəbəkədə yazıb.
“Bütün gecə ABŞ-ın vasitəçiliyi ilə aparılmış uzun danışıqlardan sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs haqqında razılığa gəldiyini elan etməkdən məmnunam”, – Donald Tramp yazıb.
Atəşkəs razılaşması ilə bağlı məlumatı Pakistan baş nazirinin müavini də təsdiqləyir.
İşaq Darın dediyinə görə, Pakistan həmişə “suverenlik və ərazi bütövlüyünə güzəştə getmədən” regionda sülh və təhlükəsizlik üçün səy göstərib.