Donald Trampın məlumatına görə, İranda vurulmuş Amerika hərbi təyyarəsinin itkin düşmüş ekipaj üzvü “təhlükəsiz və yaxşı vəziyyətdədir”
Donald Trampın məlumatına görə, İranda vurulmuş Amerika hərbi təyyarəsinin itkin düşmüş ekipaj üzvü “təhlükəsiz və yaxşı vəziyyətdədir”

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində itkin düşmüş amerikalı əsgərin ABŞ hərbi qüvvələri tərəfindən xilas edildiyi barədə məlumat yayıb.

“Biz onu tapdıq! Həmvətənlərim, amerikalılar, son bir neçə saat ərzində ABŞ hərbçiləri ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçiriblər”, – deyə Tramp yazır.

Tramp həmçinin qeyd edib ki, itkin düşmüş ekipaj üzvü “İranın çətin dağlıq bölgəsində olub və düşmən tərəfindən axtarılırdı, lakin ABŞ hərbçiləri onun yerini 24 saat ərzində izləyirdi”.

Tramp böyük sevinclə bildirir ki, amerikalı hərbçi artıq “təhlükəsiz və yaxşı vəziyyətdədir”.

Məlumat üçün bildirək ki, Amerika F-15 tipli qırıcı təyyarəsi aprelin 3-də İranda vurulub. Ekipaj üzvlərindən biri ABŞ hərbi qüvvələri tərəfindən xilas edilib, digəri isə hələ də itkin düşmüş hesab olunurdu.