Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vladimir Putinlə görüşür
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşür. Bu barədə “Tass” məlumat yayır.
Görüş Peterburqda bağlı qapı arxasında keçirilir. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Uitkoff Ukraynada davam edən müharibə məsələsini müzakirə edəcəklər. Onlar həmçinin Rusiya prezidenti ilə Donald Tramp arasında görüş mövzusunu da müzakirə edə bilərlər.
“Görüş prezident Putinə lazım olduğu qədər davam edəcək”, – Peskov Putinlə Uitkoff arasında görüşün nə qədər davam edəcəyi sualına belə cavab verib.
Bundan əvvəl Stiv Uitkoff Putinin xüsusi nümayəndəsi və Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə görüşüb.