Donald Trampın qərargahında onun yaxınlığında baş verən atışmadan sonra Trampın təhlükəsizlikdə olduğunu bildirirlər
Donald Tramp onun yaxınlığında baş verən atışmadan sonra təhlükəsizlikdədir – bu haqda ABŞ-nin sabiq prezidenti və builki seçkilərdə prezidentliyə namizəd Donald Trampın seçki qərargahının bəyanatında qeyd olunub.
“Prezident Tramp onun yaxınlığında baş verən atışmadan sonra təhlükəsizlikdədir. Bu vaxt üçün əlavə detallar məlum deyil” – Trampın kampaniyasının spikeri Stiven Çunq bildirib.
“CNN” anonim mənbəyə istinadən yazır ki, sabiq prezident Vest Palm-Biçdə Beynəlxalq Qolf Klubunda qolf oynayırmış.