Donald Trampın andiçmə mərasimi əlverişsiz hava şəraiti ilə əlaqədar Konqres binasında keçiriləcək
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi əlverişsiz hava şəraiti ilə əlaqədar Konqresin binasında keçiriləcək. Bu barədə BBC məlumat yayır.
Medianın yazdığı kimi, yanvarın 20-də Vaşinqtonda şiddətli şaxta gözlənilir.
Andiçmə mərasiminə gedən qonaqlar Trampın müraciətini Konqres binasında dinləyəcəklər. İnauqurasiya paradı və təntənəli qəbul da Kapitoliyumun qapalı məkanında keçiriləcək.
Medianın məlumatına görə, Konqresdə andiçmə mərasimi keçirilən sonuncu prezident Ronald Reyqan olub. 1985-ci ildə də mərasimin qapalı şəraitdə keçirilməsi əlverişsiz hava şəraiti ilə əlaqədar qərara alınıb.