Donald Trampın administrasiyası “yaşıl kartların” verilməsi qaydasını sərtləşdirir

10:50, 13.08.2019

ABŞ prezidenti, Donald Trampın administrasiyası “yaşıl kartların” verilməsi qaydasını sərtləşdirir. Yeni təşəbbüsə əsasən, dövlətdən sosial yardım alan mühacirlər “yaşıl kartı” ala bilməyəcəklər.

Amerika mediasının məlumatın görə, dəyişikliklər ABŞ-da olan və ölkədə müvəqqəti yaşama hüququnun əldə edilməsinə çalışan insanlara aiddir.

Yeni təşəbbüs oktyabrın 15-dən qüvvəyə minəcək.

“Reuters” agentliyinin yazdığına görə, yeni təşəbbüsün işə düşməsindən sonra, applikantların yarısından çoxu mənfi cavabı alacaq. Qeyd olunasıdır ki, 2016-cı ildə 800 minə qədər “yaşıl kart” verildi.

Oxşar