Donald Tramp yeraltı nüvə sınaqlarının keçirilməsini istisna etmir – “Digər ölkələr bunu edir, əgər onlar edirsə, biz də edəcəyik
Donald Tramp yeraltı nüvə sınaqlarının keçirilməsini istisna etmir – “Digər ölkələr bunu edir, əgər onlar edirsə, biz də edəcəyik

ABŞ prezidenti Donald Tramp bu gün ABŞ-ın nüvə sınaqlarını bərpa edəcəyini bir daha təsdiqləyib.

Yeraltı nüvə sınaqlarının da daxil olub-olmadığı ilə bağlı suala prezident bildirib ki, bu çox tezliklə məlum olacaq.

“Çox yaxın zamanda öyrənəcəksiniz, biz bəzi sınaqlar keçirməyi planlaşdırırıq”, – Donald Tramp media ilə söhbəti zamanı bildirib.

Tramp məsələ ilə bağlı həmçinin qeyd edib ki: “Başqa ölkələr bunu edir. Əgər onlar bunu edirlərsə, biz də edəcəyik”.

Məlumat üçün bildirək ki, Donald Tramp 30 oktyabr tarixində bildirib ki, o, silahlı qüvvələrə tapşırıb ki, 33 illik fasilədən sonra dərhal nüvə silahı sınaqlarının prosesini bərpa etsinlər.