Donald Tramp yaxın gələcəkdə Vladimir Putinlə danışmağı planlaşdırır
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirir.
Trampın qeyd etdiyi kimi, o, “bir çox müharibəni həll edib”, lakin Rusiya-Ukrayna münaqişəsi ən çətini olub.
“Bəli, danışacağam. Bizim çox yaxşı dialoqumuz var. Yeddi müharibəni həll etdim. Asan hesab etdiyim şey bir az daha çətin oldu. Putinə, Ukraynaya və başqa hər şeyə münasibətimdən dolayı bunun daha asan olacağını düşünürdüm”, – Tramp qeyd edib.
ABŞ prezidentinin dediyinə görə, cari həftə ərzində Rusiya-Ukrayna müharibəsində, əksəriyyəti əsgər olmaqla, 7014 nəfər həlak olub.
Onlar İkinci Dünya Müharibəsindən bəri görünməmiş miqyasda ölürlər. Onlar amerikalı deyillər, amma insandırlar. Bilirsiniz, mən üç müharibəni həll etmişəm. Onlardan biri 31 il davam edib və orada 10 milyon insan həlak olub. Başqa bir müharibə isə 37 il davam edib və insanlar deyirdilər ki, bu münaqişələri həll etmək mümkün deyil. Amma mən həll etdim. Bu vəziyyət isə daha çətin oldu. Amma biz bunu da həll edəcəyik. Biz həll edəcəyik”, – Tramp bildirib.