Donald Tramp – Volodimir Zelenski və Vladimir Putin indi müharibə məsələsini özləri həll etməlidirlər, düşünürəm ki, hər şey həll olunacaq
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Rusiya və Ukrayna liderləri artıq müharibə məsələsini özləri həll etməlidirlər. Bu barədə Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampa Volodimir Zelenski və Vladimir Putinin ilkin mərhələdə ABŞ-ın vasitəçiliyi olmadan təkbətək görüşməsini istəyib-istəmədiyi ilə bağlı sual ünvanlanıb.
“Heç bir etirazım yoxdur. Qoy özləri həll etsinlər. Onları bu nöqtəyə məhz mən gətirdim və düşünürəm ki, hər şey həll olunacaq”, – deyə ABŞ prezidenti cavab verib.
Tramp həmçinin Rusiya və Ukrayna arasındakı məsələnin həll olunacağı məqamın artıq yaxınlaşdığına əminliyini ifadə edib.
“Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi, lakin düşünürəm ki, hər şey həll olunacaq”, – Tramp deyib.