Donald Tramp – Volodimir Zelenski tarixdə ən yaxşı alverçidir, o, Kamala Harrisin seçkilərdə qalib gəlməsini çox istəyir

11:14, 24.09.2024

 
Volodimir Zelenski tarixdə ən yaxşı alverçidir – bu haqda ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada seçicilərlə görüşdə bildirib.

“Zelenski tarixdə ən yaxşı alverçidir. O, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla gedir” – Tramp deyib.

Prezidentliyə namizəd həmçinin onu da qeyd edib ki, Zelenski 2024-cü ilin prezident seçkilərində Kamala Harrisin qalib gəlməsini istəyir.

“O, demokratların qalib gəlməsini çox istəyir” – Tramp bildirib.

Seçicilərlə görüşdə Tramp onu da qeyd edib ki, bir dəfə o, Rusiyanın Prezidenti Vladimer Putini və Çinin Prezidenti Si Dzinpini Ukrayna və Tayvana hücumla bağlı fikirlərindən daşındırıb.

“Bu, heç vaxt olmamalı idi. Mənim prezidentliyim dövründə bu baş verməzdi. Hətta radikal solçu dəli demokratlar belə deyirlər ki, Tramp prezident olsaydı, bu baş verməzdi” – Tramp deyib.

Oxşar