Donald Tramp - Volodimir Zelenski öz ətrafında Vaşinqtonun müharibəni bitirmək üçün təklif etdiyi sülh planını bəyənməyən yeganə şəxsdir
Donald Tramp - Volodimir Zelenski öz ətrafında Vaşinqtonun müharibəni bitirmək üçün təklif etdiyi sülh planını bəyənməyən yeganə şəxsdir

ABŞ prezidenti Donald Tramp bildirir ki, Vaşinqtonun müharibəni bitirmək planını bəyənməyən yeganə şəxs Volodimir Zelenskidir.

Onun dediyinə görə, ABŞ-ın planını Zelenskinin yaxın ətrafı da dəstəkləyir.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə kömək edəcək.

Tramp, dekabrın 13-də Avropada Ukrayna ilə bağlı ABŞ nümayəndəsinin də iştirak edəcəyi görüşün planlaşdırıldığını da təsdiqləyib.

“Mən Rusiya ilə müqavilə bağlamağa çox yaxın olduğumuzu düşünürdüm. Biz Ukrayna ilə razılaşmaya nail olmağa çox yaxın idik. Əslində, Prezident Zelenski istisna olmaqla, onun komandasına razılaşmanın konsepsiyası çox xoş gəlmişdi. Bu, hər ay minlərlə – əsasən də əsgərlərin – həyatını itirməkdən xilas edəcək bir razılaşma idi. Biz çoxlu sayda insanın həyatını xilas etmək istəyirik”, – Donald Tramp bildirib.