ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazır ki, Rusiya prezidenti Vladimir Putinlə keçirilən telefon danışığı çox məhsuldar olub.
Donald Trampın qeyd etdiyi kimi, Vladimir Putin onu Yaxın Şərqdəki uğuruna görə təbrik edib. Trampın sözlərinə görə, Rusiya prezidenti ABŞ-ın birinci xanımı Melaniya Trampa göstərdiyi fəallığa görə təşəkkürünü bildirib.
Trampın qeyd etdiyi kimi, söhbət ABŞ və Rusiya arasında ticarət əlaqələrinə də toxunub.
“Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında Ukrayna müharibəsi başa çatdıqdan sonra ticarət barədə danışmağa çox vaxt ayırdıq. Telefon danışığının sonunda razılaşdıq ki, gələn həftə yüksək səviyyəli müşavirlərimizin görüşü keçiriləcək. Amerika Birləşmiş Ştatlarının ilk görüşünə digər şəxslərlə birlikdə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Görüşün yeri müəyyənləşdirilməlidir”, – Tramp yazır.
Donald Tramp Vladimir Putinlə Macarıstanda görüşəcəyini qeyd edib.
“Sonra prezident Putinlə Macarıstanın paytaxtı Budapeştdə, razılaşdırılmış yerdə görüşəcəyik ki, Rusiya və Ukrayna arasında bu “adsız” müharibəni sona çatdırmağın mümkün olub-olmadığını görək”, – ABŞ prezidenti qeyd edib.
Trampın dediyinə görə, o, sabah Ağ Evdə Zelenski ilə prezident Putinlə telefon əlaqəsi və digər məsələləri müzakirə edəcək.
“İnanıram ki, bu günkü telefon danışığı ilə böyük irəliləyiş əldə olunacaq”, – Tramp yazır.