Donald Tramp Venesuelaya qarşı planlaşdırılmış ikinci hərbi hücumu ləğv etdi
Donald Tramp Venesuelaya qarşı planlaşdırılmış ikinci hərbi hücumu ləğv etdi

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı planlaşdırılmış ikinci hərbi hücumu ləğv etdi.

ABŞ prezidentinin bildirdiyinə görə, Venesuela “sülh istəyi” əlaməti olaraq çoxlu sayda siyasi məhbusu azad edir.

Donald Tramp ABŞ və Venesuelanın birlikdə yaxşı işlədiyini və məhz bu əməkdaşlıq sayəsində ikinci hücumu ləğv etdiyini bildirib. Trampın qeyd etdiyi kimi, təhlükəsizlik məqsədlərinə görə bütün gəmilər yerində qalacaq.