Donald Tramp - Venesuela Amerikaya banda üzvlərini, narkotik satıcıları və narkotik vasitələri göndərir, bu da qəbuledilməzdir
Donald Tramp - Venesuela Amerikaya banda üzvlərini, narkotik satıcıları və narkotik vasitələri göndərir, bu da qəbuledilməzdir

ABŞ prezidenti Donald Tramp bildirir ki, Venesuela ABŞ-a banda üzvləri, narkotik satıcıları və narkotik vasitələri göndərir, bu da qəbuledilməzdir.

Jurnalistin ABŞ-ın Venesuelanın materik hissəsinə zərbələr endirib-edməyəcəyi ilə bağlı sualına Tramp belə cavab verib: “Görək nə olacaq”.

ABŞ prezidenti həmçinin qeyd edib ki, ilk zərbədən sonra Cənubi Karib hövzəsində dəniz nəqliyyatı əhəmiyyətli dərəcədə azalıb.

Məlumat üçün bildirək ki, iki ölkə arasındakı gərginlik Amerika Birləşmiş Ştatlarının Cənubi Karib dənizi hövzəsində hərbi gəmilər yerləşdirməsindən sonra artdı. Rəsmi şəxslər bu addımı narkotiklərlə mübarizə əməliyyatı kimi qiymətləndirdilər və Venesueladan narkotik daşıyan bir gəmiyə hücum etdilər, hücum nəticəsində 11 nəfər həyatını itirdi.